Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixeil Saakaşvili Ukraynaya qayıdacağını bəyan edib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Saakaşvili Ukrayna televiziyasına verdiyi müsahibədə ölkəyə qayıtmaq üçün yollar axtardığını deyib.
"Təbii ki, mən Ukraynaya qayıdacam, mən bunu necə etməyin yollarını tapacam"-deyə Saakaşvili əlavə edib.
Siyasətçi Ukraynaya qayıtmaq üçün qanuni yollar axtaracağını əlavə edib.
Qeyd edək ki, 13 fevral tarixində Saakaşvili Ukraynadan Polşaya deportasiya edilib.