Prezidentə istefa vermək üçün 48 saat vaxt verildi

10:25 - 13 Fevral 2018 - DÜNYA

CAR-da (Cənubi Afrika Respublikası) hakim Afrika Milli Kongresi (ANC) prezident Ceykob Zumaya istefaya getmək üçün 48 saat vaxt verib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, əks halda dövlət başçısının vəzifəsindən kənarlaşdırılacağı bildirilib.
 

Daha öncə yerli mətbuatda prezidentin dövlət əmlakının mənimsəməsi ilə bağlı məlumat yayılıb. Onun qalmaqalla səbəbindən istefaya gedəcəyi yazılıb.
 

Qeyd edək ki, Zumanın səlahiyyət müddəti 2019-cu ildə başa çatır.

Xəbər xətti