Türkiyənin baş naziri Binəli Yıldırım fevralın 15-də Berlində Almaniya kansleri Angela Merkellə görüşəcək.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Şteffen Şeybert yazılı açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüşdən sonra hökumət başçıları birgə mətbuat konfransı keçirəcəklər. Baş naziri müşaiyət edən nümayəndə heyəti ilə Almaniya hökumətinin təmsilçiləri arasında da görüşün olacağı gözlənilir.
B.Yıldırım Almaniya kansleri ilə görüşdən sonra Beynəlxalq Təhlükəsizlik konfransında iştirak etmək üçün Münhenə səfər edəcək. O, toplantıda çıxış edəcək.