Venesuela BMT-də səsvermə hüququnu itirdi — SƏBƏB

01:20 - 14 Fevral 2018 - DÜNYA

Venesuela hökuməti BMT normalarına uyğun olaraq müvəqqəti olaraq səsvermə hüququndan məhrum edilib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, buna səbəb Venesuelanın ödəmədiyi borcları olub.

BMT qaydalarına əsasən, təşkilatın büdcəsinə borcunu ödəməyən ölkələrin səsvermə hüququ müvəqqəti olaraq dayandırılır. Yanvar ayının sonuna olan məlumatlara əsasən, Venesueladan başqa Mərkəzi Afrika Respublikası, Dominik, Ekvatorial Qvineya, Qrenada, Liviya, Surinam və Yəmənin də BMT-yə borcu var.

Qeyd edək ki, Venesuela 2017-ci ildə də borcu olduğu üçün BMT-də səsvermə hüququndan məhrum edilmişdi. Hökumət tərəfindən borc ödəndikdən sonra bu hüquq bərpa edilmişdi.

Xəbər xətti