Avropa ölkələri ekoloji rüsumların tətbiqinə hazırlaşır

00:50 - 13 Fevral 2018 - DÜNYA

Avropa İttifaqı (AI) məmurları bir müddət əvvəl Paris iqlim anlaşmasını ratifikasiya etməyən ölkələrlə ticarət sazişləri imzalamayacaqlarını bəyan ediblər.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, indi də Ümumdünya Ticarət Təşkilatında (ÜTT) ətraf mühitin yaxşılaşdırılması göstəricilərinin beynəlxalq ticarətə tətbiqini nəzərdə tutan müzakirələrə başlanılıb.

Ekspertlər yaxın illərdə "yaşıl" rüsumların beynəlxalq ticarət siyasətinə daxil olunacağını bildirirlər. Aİ qərarının sanksiyalardan daha güclü olacağı ehtimal edilir. ÜTT-də iqlim amillərinin beynəlxalq ticarətin tənzimlənməsinə birbaşa daxil edilməsi gözlənilir. Bu amillər, malların istehsal və istehlakında önəmli tullantılara səbəb olduqda, onların ticarətinə məhdudiyyətlərin tətbiqi planlaşdırılır. İndiyədək ÜTT bu məsələyə mənfi yanaşsa da, ekoloji rüsumlar tətbiq etmək istəyən ölkələrin sayı artmaqda davam edir.

Qeyd edək ki, 3 illik fasilədən sonra yenidən ötən il qlobal tullantıların həcmi artmağa başlayıb. Bərpa olunan enerji mənbələrinin inkişafına baxmayaraq, Türkiyə, İndoneziya və Vyetnam kimi ölkələrdə kömür istehlakı artır.

Xəbər xətti