İŞİD-in İraqa vurduğu maddi ziyanın miqdarı açıqlanıb.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, İraq döyüşlər nəticəsində 88,2 milyard dollar vəsait itirib. 45 milyard dollar ölkə infrastrukturuna, 16 milyard dollar mənzil-təsərrüfat sektoruna, 7 milyard dollar energetik sektora və 2,4 milyard dollar isə təhsil obyektlərinə dəyib.
Rəsmi Bağdad qısa perspektivdə 22 milyard dollar, orta perspektivdə isə 65 milyard dollar vəsait xərcləməlidir.