Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Gürcüstana ekstradisiyası ilə bağlı ifadə verməkdən imtina edib.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, onun vəkili Pavel Boqomazov siyasətçinin bazar ertəsi günü ifadə verməyə gəlmədiyini xatırladıb. Onun sözlərinə görə, siyasətçinin həyatına təhlükə var və onu mühafizə olunmalıdır.
Onun vəkili ekstradisiyanın qanunsuz olduğunu da əlavə edib.