Fələstin prezidentinin beynəlxalq münasibətlər və xarici siyasət məsələləri üzrə müşavviri Nabil Şaas İordan çayının qərb sahillərindən imtina etməyə hazır olduqlarını bildirib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, müşavirin sözlərinə əsasən, Mahmud Abbas əraziyə görə məsuliyyəti İsrailə qaytarmaq barədə Fələstin milli administrasiyasına tapşırıq verə bilər: "Düşünürəm ki, mümkündür. Biz bu variantı müzakirə edirik".
Bununla yanaşı, Şaas əlavə edib ki, belə bir "hədiyyə" israillilərə baha başa gələ bilər.
"Bilirsiz israillilərə bu neçəyə başa gələcək? Onlar bizə nəzarət edirlər, amma buna görə özümüz ödəyirik. Biz hazırda səhiyyə, təhlükəsizlik, təhsil və yollara görə pul ödəyirik. Onların nəzarət etdiklərinə biz pul ödəyirik",-deyə müşavir qeyd edib.