Dubayda dünyanın ən hündür hoteli açılır -Foto

22:00 - 12 Fevral 2018 - DÜNYA

 Bu gün Dubayda dünyanın ən hündür hoteli açılır. Belə ki, 75 mərtəbəli binanın hündürlüyü 356 metrdir.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, "Gevora" adlı yeni hotel şeyx Zayed küçəsində, Beynəlxalq Maliyyə Mərkəzinin yanında yerləşir. Kompleksi biznesmen Məcid əl-Attar tikdirib.

Hoteldə 500-dən çox nömrə, eləcə də 5 restoran var. Mehmanxananın damında bütün şəhərə görünüşün açıldığı restoran yerləşir.

Qeyd edək ki, hündür hotellər üzrə əvvəlki rekord da Dubaya məxsusdur. 72 mərtəbəli iki qüllədən ibarət olan "Marriott Marquis" mehmanxanasının hündürlüyü 355 metr təşkil edir.


Xəbər xətti