Almaniyanın müdafiə naziri Ursula von Der Lyayen İraqın şimalındakı Kürd Muxtariyətinin mərkəzi sayılan Ərbilə səfər edib.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, o, muxtariyyətin “peşmərgə” adlanan silahlı qruplaşmasının rəhbərliyi ilə görüşüb.
Nazir qeyd edib ki, Almaniya hərbçiləri bundan sonra da yalnız “peşmərgə”lərə deyil, bütövlükdə İraqın təhlükəsizlik qüvvələrinə məsləhətlər verəcək, təlim keçəcək.
Ursula von Der Lyayen bildirib ki, Almaniya ordusu İraqın təhlükəsizlik qüvvələrinə tibbi və logistika sahəsində də dəstəyini davam etdirəcək: “Bu məsələlərlə bağlı təklifi İraq hökumətinə təqdim etmişik”.