Hindistan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Dəniz Qüvvələri Fars körfəzində birgə təlimlər keçirəcəklər.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, təlimlər 2018-ci ildə keçiriləcək.
Məlumata görə, təlimlərin keçirlməsi barədə qərar Hindistanın Baş naziri Narendra Modinin BƏƏ-yə səfəri zamanı qəbul edilib.
Qeyd edək ki, bu, Hindistan hərbi gəmilərinin Fars körfəzində tarixdə ilk hərbi təlimləri olacaq.