Kanada baş nazirinin korteji qəzaya uğradı

12:07 - 10 Fevral 2018 - DÜNYA

Kanadanın baş naziri Castin Trüdonun maşın korteji qəzaya uğrayıb.
 

Bu haqda "Ucnoqta.az"  Modern.az-a istinadla xəbər verir.
 

Məlumata görə, hadisə ABŞ-ın Kaliforniya ştatında baş verib.
 

Qəza nəticəsində baş nazir xəsarət almayıb.
 

Məlumata görə, Simi-Velli şəhərində Ronald Reyqan adına kitabxanada nitqlə çıxışını bitirdikdən sonra geri qayıdarkən Toyota markalı avtomobil baş nazirin kortejini müşayiət edən motosikletlə toqquşub.

 

Motosiklet və avtomobil sürücüləri xəstəxanaya çatdırılıb.

Xəbər xətti