Türk qırıcıları Menbiçdən keçib YPG-ni bombaladı

14:00 - 10 Fevral 2018 - DÜNYA

Suriyanın Afrin şəhərində türk ordusunun hərbi əməliyyatları davam edir.
 

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, gecə saatlarında türk qırıcıları Menbiçdən keçərək YPG hədəflərini bombalayıb.

 

Eşkan, Cukali Favkani və Orta Çakallı kəndləri terrorçulardan təmizlənib. Beləcə, hərəkat çərçivəsində 46 kənd və ərazi xilas edilib.

Hava bombardmanı nəticəsində 19 hədəf məhv edilib. Bir türk əskəri şəhid olub. 34 terrorçu məhv edilib. Hərəkatın ilk günündən bu yana 1062 terrorçu məhv edilib.

Xəbər xətti