ABŞ-da 1200 uçuş ləğv edilib — Son 3 ilin ən böyük qar fırtınası

10:35 - 10 Fevral 2018 - DÜNYA

Güclü qar fırtınası ABŞ-da həyatı iflic edib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, ABŞ-ın Midwest bölgəsində güclü qar və külək Detroyt, Çikaqo, Toronto, Klivlend şəhərlərində məktəblərin bağlanmasına səbəb olub.

 

Ölkə üzrə 1200-dən çox uçuş ləğv edilib.

Mütəxəssislər bildirib ki, bölgədə qarın qalınığı hər bir saata 3 sm artır. Bu, Çikaqoda son 3 ildə yaşanan ən böyük qar fırtınası hesab edilir.

Xəbər xətti