ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şefer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Yerevanda Serk Sarkisyanla görüşüblər.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, həmsədrlər Bakıdakı görüşlərin nəticələri barədə Sarkisyanla müzakirə aparıblar.
Bundan başqa, diplomatlar Ermənistan prezidentinə işçi planlarını da təqdim edib.