Liviyada partlayış: 8 ölü

16:34 - 9 Fevral 2018 - DÜNYA

Liviyanın Benqazi şəhərində məscid yaxınlığında baş verən partlayışda 8 nəfər ölüb.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, şəhərin Macuri məhəlləsində baş verən partlayış zamanı çoxlu sayda insan da xəsarət alıb.
 
Xatırladaq ki, yanvar ayında Benqazi şəhərində 2 bomba yüklü avtomobilin partladılması nəticəsində 40 nəfər ölmüş, 80 nəfər isə yaralanmışdı.

Xəbər xətti