"Zeytun budağı" əməliyyatının 21-ci günündə daha iki kənd terrorçulardan təmizlənib.
Ucnoqta.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Suriya Azadlıq Ordusu ilə birlikdə Afrində Nisriyyə və Dükkan kəndlərini YPG-li terrorçulardan azad edib.
Ötən gecə isə TSQ-nin qırıcı təyyarələri terrorçuların silah-sursat dolu çox sayda mühüm obyektini məhv edib.