Türkiyə və ABŞ-ın müdafiə nazirləri görüşəcək

14:00 - 9 Fevral 2018 - DÜNYA

Türkiyənin müdafiə naziri Nurəddin Canikli ABŞ-dan olan həmkarı Ceyms Mattsla görüşəcək.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Ceyms Matts bildirib.

Gələn həftə baş tutacaq görüşdə Suriydakı vəziyyət, o cümlədən ABŞ hərbçilərinin Münbiçdən çıxarılması məsələsinin müzakirə ediləcəyi gözlənilir.
C.Matts deyib ki, Münbiç məsələsində Türkiyənin etirazları davam edir: “Ancaq indiyədək məsələ ilə bağlı heç bir dəyişiklik yoxdur”.

Xəbər xətti