"Zeytun budağı"nın SON GÜNDƏLİYİ - 1062 terrorçu, 19 obyekt məhv edilib

11:44 - 9 Fevral 2018 - DÜNYA

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı başladığı gündən 1062 terrorçu zərərsizləşdirilib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, qərargah təkcə son sutka həyata keçirilən əməliyyatlar nəticəsində İŞİD, YPG və PYD terror təşkilatlarının 34 üzvünün məhv edilməsi barədə xəvər yayıb.
 

Bundan başqa, son məlumata görə, terrorçuların silah-sursat dolu 19 mühüm obyektinin də məhv edildiyi bildirilib.
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər xətti