Artıq çəkisi olan 20 polis işini itirdi

21:36 - 9 Fevral 2018 - DÜNYA

Artıq çəkisi olan 20 polis işini itirib.

"Ucnoqta.az" Modern.az-a  istinadən xəbər verir ki, ötən il Tacikistan Daxili İşlər Nazirliyinin 20 əməkdaşı artıq çəkiyə görə tutduğu vəzifədən kənarlaşdırılıb.
Ölkənin daxili işlər naziri Ramazon Rahimzoda bildirib ki, bununla bağlı əmr qüvvədə qalır. İşdən çıxarılan əməkdaşlara özlərini formaya salmaq üçün vaxt verilib. Onlar yalnız bundan sonra işə bərpa oluna bilərlər.
 
Nazirin sözlərinə görə, daxili işlər orqanları əməkdaşları yaxşı fiziki formada olmağın vacibliyi barədə dəfələrlə xəbərdar ediliblər. Hətta dekabrda çəkisi normadan çox olanlara bir ay vaxt verilmişdi ki, artıq çəkini atsınlar. Arıqlamağa imkan tapmayanlar işlə vidalaşmalı olublar.
 
Bundan əlavə, DİN bütün əməkdaşları üçün boy və çəkinin uyğunluğuna dair normativlər müəyyənləşdirib. Məsələn, boy 170 santimetrdirsə, çəki 75 kiloqramdan çox olmamalıdır.

Xəbər xətti