İki ölkə arasında smartfon böhranı — İran rəsmiləri xalqı boykota səsləyib

20:45 - 9 Fevral 2018 - DÜNYA

Samsung şirkəti Cənubi Koreyanın Pxyonçxan şəhərinin 9-25 fevral tarixlərində ev sahibliyi edəcəyi 2018 Qış Olimpiya Oyunlarına qatılacaq bütün idmançılara smartfon hədiyyə edəcəyini açıqlamışdı.

Lakin şirkətdən bildirilib ki, ABŞ-ın sanksiyalarına görə İran və şimali koreyalı idmançılara telefon hədiyyə edilməyəcək. Bu, Tehranda boykot çağırışlarına səbəb olub.
 

"Ucnoqta.az" “Ölkə.Az” a istinadən xəbər verir ki, məsələyə münasibət bildirən İran xarici işlər naziri Məhəmməd Cavad Şərif və İran parlamentinin İqtisadiyyat Komissiyasının üzvü Əli Əkbər Kərimi cənubi koreyalı səlahiyyətlilərə etiraz edərək xalqa boykot çağırışı ediblər.
 

Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi isə şirkətin üzr istəməyəcəyi təqdirdə bu məsələnin İran və "Samsung" arasındakı ticarət əlaqələrinə böyük təsir edəcəyini bildirib.
 

Bildirək ki, Samsung oyunlara qatılan bütün ölkələrin idmançıları və səlahiyyətlilərinə "Samsung Galaxy Note 8" telefonu hədiyyə edərək hər anı çəkmələrini və dünyayla paylaşmalarını təmin etmək istəmişdi.

Xəbər xətti