ABŞ müdafiə naziri Ceyms Mettis gələn həftə içərisində Türkiyənin müdafiə naziri Nürəddin Canikli ilə görüşəcəyini açıqlayıb.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Mettis Suriyanın şimalındakı Manbic şəhəri mövzusunda Türkiyənin təzyiqlərinin davam etdiyini, ancaq hazırda hər hansı bir dəyişikliyin olmadığını söyləyib.