ABŞ ümumi problemləri həll etmək üçün Rusiya ilə münasibətləri bərpa etmək niyyətindədir.
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.
“Mən deyərdim ki, ABŞ-Rusiya münasibətləri mürəkkəb və dolaşıqdır. Dövlət katibi münasibətlərin ən aşağı nöqtəyə düşdüyünü hələ keçən il bəyan etmişdi. Biz münasibətləri bərpa etmək istərdik. Çünki qarşılıqlı narahatçılıq doğuran bir çox sahələr mövcuddur.KXDR – onlardan biridir”, - deyə Hezer Nauert qeyd edib.