ABŞ prezidenti Donald Trampın müşavirlərindən olan Rob Porter istefa verib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Robun iki keçmiş arvadı onu "fiziki şiddət tətbiq etməklə" ittiham etdikdən sonra Porter bu qərar gəlib. Rob Porter Ağ Evdə rəsmi sənədlərdən məsul şəxs idi. Porter istefasını təqdim edəndə "bu ölçüsüz ittihamlar səhvdir"-deyib.
Kolbi Holderness və Cennifer Villiqbi ailəli olduqları dövrdə Porter tərəfindən fiziki şiddətə məruz qaldıqlarını bildiriblər. Kolbi deyib ki, 2003-cü ildə Kanar adalarında keçirilən bal ayında Porter onu təpikləyib. İki il sonra İtaliyanın Florensiya şəhərində isə Porter onun üzünə yumruq zərbəsi endirib.
Robun ikinci arvadı isə 2009-2013-cü illər arasında Porter tərəfindən döyüldüyünü bildirib.
Prezident müşaviri isə ittihamları rədd edib.