“Hər şey daxil” verilişinin qonağı olan müğənnilər – Təranə Qumralla Elçin Hüseynov maraqlı iddia ilə üz-üzə qalıblar.
“Ucnoqta.az.” xəbər verir ki, Təranə adlı tamaşaçı verilişə zəng edərək adıçəkilən ifaçılardan qızının müalicəsi üçün yardım istədiyini, ancaq heç birinin ona kömək etmədiyini deyib:
“Ağstafadan Hövsana gəlmişəm, kirayədə yaşayıram. Qızım çox pis xəstələnmişdi. Kömək üçün müraciət edəcəyim adam yox idi. Təranə xanımın “watsapp”ına yazdıb, kömək istədim. O da mənə həkimin reseptini göndərməyimi dedi. 3 resept yolladım. Ancaq bundan sonra məni “watsapp”dan sildi. Daha sonra Elçin bəyin restoranına getdim. O da üzünü çevirib getdi, kömək etmədi”.
T.Qumral tamaşaçının ittihamlarına belə cavab verib:
“Bəlkə başqa Təranəyə yazıb? Resept nə tutar ki? 100-200 manat tutar, bu nə puldur ki? Belə şeydən qorxmaram. Ola bilsin, kimsə öyrədib, efirə zəng edib belə danışır”.
Elçin isə ona belə müraciət edənlərin çox olduğunu deyib:
“Hər istəyənə də pul vermək olmur. Gərək araşdırasan. Xeyriyyəçilik elə şeydir ki... Birinci evin içi, sonra çölü. Kim nə bilir, mənim evimdə hansı problemlər var?”.
Axşam.az