Qazaxıstanda Tarif Siyasəti Şurası yaradılacaq

00:45 - 9 Fevral 2018 - DÜNYA

Qazaxıstanda tariflərin formalaşmasında şəffaflığın artırılması və ictimaiyyətin prosesə cəlb edilməsi üçün bir neçə institutun yaradılması nəzərdə tutulur.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin milli iqtisadiyyat nazirinin müavini Serik Jumanqarin bildirib.
Nazir müavini Məclisdə “Təbii inhisarlar haqqında” qanun layihəsinin təqdimatında qeyd edib ki, tarif formalaşmasının şəffaflığı barədə səlahiyyətli orqandan çoxlu şikayətlər var.

Onun sözlərinə görə, Tarif Siyasəti Şurası adlı yeni struktur təbii inhisarçılıq sahəsində tarif siyasətinin əsas istiqamətlərinin inkişafına dair təkliflərin hazırlanması üzrə məsləhətçi orqandır: “Tarif Siyasəti Şurası tarif tənzimlə metodunun müəyyən edilməsi üçün təkliflər verəcək, Şuranın təbii inhisar subyektlərinin investisiya proqramlarının layihələrinə tövsiyələr vermək, hazırkı proqramlarda dəyişikliklər aparılması, göstərilən xidmətlərin keyfiyyətində etibarlılığa nail olmaq və digər məsələlərə baxacaq".

Tarif Siyasəti Şurasında deputatlar, Milli Sahibkarlar Palatasının nümayəndələri, ictimai təşkilatlar və müstəqil ekspertlər iştirak edəcəklər.

Xəbər xətti