Türkiyədən müttəfiqlərinə çağırış

14:40 - 8 Fevral 2018 - DÜNYA

Rəsmi Ankara müttəfiqlərini PYD və YPG terrorçularına qarşı aparılan "Zeytun budağı" əməliyyatını dəstəkləməyə çağırıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, Xarici İşlər Nazirliyinin müşaviri Hami Aksoy bildirib ki, Türkiyə son qələbəyə qədər terrorçularla mübarizə aparacaq və bu addımlar beynəlxalq hüquq çərçivəsində atılır.
 

O vurğulayıb ki, Suriyanın Afrin bölgəsində hərbi əməliyyatlar Türkiyənin təhlükəsizliyinin təmin edilməsinə istiqamətlənib.
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər xətti