Tayvan Çinin təklif etdiyi yardımdan imtina edib

10:17 - 8 Fevral 2018 - DÜNYA

Tayvan hökuməti dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Pekinin təklif etdiyi yardımdan imtina edib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Çin hökuməti itkin düşənlərin axtarışı prosesini sürətləndirmək üçün ötən gün zərərçəkən rayona bir qrup xilasedici göndərmək istədiyini bildirib. Lakin Tayvan tərəfi imtina edərək adanın özünün kifayət qədər insan resursları olduğunu bəyan edib:
 

“Hazırda bizim axtarış-xilasetmə əməliyyatları üçün kifayət qədər insan resursumuz və texnikamız var. Biz onların yardım təklifini yüksək qiymətləndiririk, lakin ehtiyacımız yoxdur”. 
 

Xatırladaq ki, Tayvanda fevralın 6-da 6,5 ballıq zəlzələ olub. Ölənlərin sayı 9 nəfərə çatıb, 266 nəfər zərər çəkib, 62 insan isə itkin düşüb. 
 

Qeyd edək ki, hər iki ölkə arasında gərginlik uzun illərdir ki, davam edir. Belə ki, Çin Tayvan üzərində suverenliyə malik olduğunu iddia edərək Tayvanı əsas ərazidən qopmuş, lakin günlərin bir günü yenidən əsas əraziyə qovuşacaq bir bölgə sayır.

Xəbər xətti