Respublikaçılar və demokratlar razılığa gəldi

23:50 - 8 Fevral 2018 - DÜNYA

Respublikaçı və demokrat liderlərin ABŞ Konqresindəki iclasında növbəti iki il üçün federal büdcənin parametrləri barədə razılığa gəlindiyi açıqlanıb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən bildirir ki, bu barədə respublikaçıların rəhbəri Mitç Makkonel məlumat verib. O, danışıqların razılıqla sonlandığını deyib: "Mən iki tərəf arasında müdafiə xərcləri və digər prioritetlərin əsas götürüldüyü danışıqların razılıqla sonlandığını bildirməkdən məmnunam”. 

Demokrat Çarlz Şumer isə birgə işə görə həmkarına təşəkkür edib və müqavilənin müxtəlif sosial ehtiyaclar üçün xərclənəcək vəsaiti təmin edəcəyini bildirib.

Xəbər xətti