Almaniyanın yeni xarici işlər nazirinin adı açıqlanıb

01:20 - 8 Fevral 2018 - DÜNYA

 Almaniyanın yeni xarici işlər nazirinin adı açıqlanıb.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, Avropa Parlamentin keçmiş sədri, Sosial-Demokratik Partiyasının sədri Martin Şults Almaniyanın xarici işlər naziri təyin ediləcək. 

Qəzetin yazdığına görə, Xristian Demokratlar İttifaqı (XDİ) və Xristian Sosial İttifaqı (XSİ) ilə Sosial-Demokratik Partiyası arasında koalisiya hökumətinin qurulması ilə bağlı imzalanan müqavilə reallaşarsa, M.Şults XİN başçısı olacaq. 

Qeyd edək ki, Almaniyanın hazırkı XİN başçısı Ziqmar Qabrieli də Sosial-Demokratik Partiyasını təmsil edir. 

Xəbər xətti