2000-ci illərin tanınmış müğənnisi Vüsal Əliyev uzun fasilədən sonra ilk dəfə efirə çıxıb.
"Ucnoqta.az" "Ölkə.Az"-a istinadən bildirir ki, "Xəzər" televiziyasında Zaur Kamalın aparıcılığıyla yayımlanan "5-də 5" verilişində qonaq olan müğənni bildirib ki, hər sənətçinin məşhurluq dövrü olur:
"Əvvəl düşünürdüm ki, mənim dövrüm iyirmi il əvvəl olub. Bu münasibətdən sonra düşünürəm ki, mənim dövrüm hələ də davam edir".
Qeyd edək ki, Zaur Kamal Vüsal Əliyevin fotosunu sosial şəbəkədəki hesabında paylaşdıqdan sonra ona 14 min şərh və 35 min bəyənmə gəlib. Zaur Kamal sənətçinin hələ də xatırlanmasına təəccübünü gizlədə bilməyib.
Xatırladaq ki, bu, sözügedən proqramın rekord göstəricisidir. Belə ki, buna qədər "5-də 5"in mütləq rekordu Üzeyir Mehdizadəyə (2700 şərh) və Damlaya (31 min bəyənmə) məxsus idi.