Türkiyənin Avropa İttifaqı naziri Ömər Çelik viza ilə bağlı bütün öhdəliklərin başa çatdırıldığını açıqlayıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazir qısa müddətə görülən işlərin Avropa Komissiyasına təqdim ediləcəyini bildirib.
Ömər Çelik Türkiyənin viza rejiminin ləğvi üçün Avropa İttifaqının irəli sürdüyü 72 şərti yerinə yetirdiyini vurğulayıb.