ABŞ-a sərt xəbərdarlıq — Müharibə hər an başlaya bilər

20:10 - 7 Fevral 2018 - DÜNYA

İraqın baş naziri Heydər əl-İbadi “İraq Hizbullahı”nın sərt reaksiyasına səbəb olan açıqlama verib.

"Ucnoqta.az"-ın “Ölkə.Az”a istinadən verdiyi xəbərə görə, o, koalisiya qüvvələrinin İŞİD-dən sonra İraqdan mərhələli şəkildə çıxarılması və sayının azaldılması planları olduğunu söyləyib.
 

Buna qarşılıq olaraq “İraq Hizbullahı”nın hərbi sözçüsü Cəfər əl-Hüseyni İraqda ABŞ əsgərlərinə qarşı müharibənin hər an başlaya biləcəyini bildirib: “Bu dəfə heç bir vasitəçilik amerikalılara kömək etməyəcək”.

Xəbər xətti