İsrail ordusu Suriya paytaxtı Dəməşqi bombalayıb.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, paytaxt yaxınlığında yerləşən araşdırma mərkəzlərinə raket atılıb.
Məlumata görə, həmin ərazidən 3 partlayış səsi eşidilib. Bəşşar Əsəd rejiminə məxsus Hava Hücumundan Müdafiə Qoşunlarının isə İsrailin hava hücumuna cavab verdiyi bildirilib.
B.Əsəd hökuməti İsrailin Suriyaya hücum etdiyini təsdiqləyib.
İtkilər və dağıntı barədə məlumat yayılmayıb.