Afrindən atılan raket qaçqın düşərgəsinə düşüb - 3 ölü 15 yaralı

16:24 - 6 Fevral 2018 - DÜNYA

Türkiyənin Hatay əyaləti ilə sərhəddə yerləşən Suriyanın Atme qəsəbəsindəki qaçqın düşərgəsinin raket atəşinə tutulması nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb.

 

"Ucnoqta.az" “Report"a istinadən xəbər verir ki, raketlər Suriyanın Afrin bölgəsindən terrorçuların nəzarəti altında olan hissəsindən atılıb.

 

Yaralılar bölgədəki səhra hospitalına aparılıb.

 

Türkiyə Silahlı Qüvvələri terrorçu PKK-nın Suriyadakı YPG və PYD adlı qollarının Afrindəki mövqelərini top atəşinə tutmaqda davam edir.

Xəbər xətti