Fevralın 8-dən etibarən, Sevgililər Günü ərəfəsində “CinemaPlus” kinoteatrlar şəbəkəsi çoxdan gözlənilən “Azadlığın 50 çaları” dram filminin nümayişinə başlayır.
Yeni “Əlli çalar”da filmin əvvəlki hissələrində olduğu kimi baş qəhrəmanlar keçmişinin kabusları ilə qarşılaşacaqlar. Tamaşaçlar Mister Qrey və Anasteyşa Stilin sevgi əhvalatı nə ilə bitəcəyini biləcəklər.
Filmin rejissoru Ceyms Foulidir. Baş rollarda: Ceymi Dornan, Dakota Conson, Rita Ora, Kim Bessincer və Ariel Kebbel.
Film haqqında məlumat: Kristian və Anasteyşa evləniblər və bir-birilərinin yanında olmaqdan zövq alaraq öz kefləri ilə yaşayırlar. Lakin yeni xanım Qreyin həyatı təhlükədədir. Qeyri-dost peyda olur, hansı ki, öz varlı fantaziyasından istifadə edərək intiqam almaq istəyir. Kristianın keçmiş kabusları yenidən qayıdıblar, yeni ailə həyatı quranların isə başları üzərində buludlar getdikcə çoxalır.
“CinemaPlus” kinoteatrı hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.