Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkənin hazırkı prezidenti Vladimir Putinin gələn ay keçiriləcək prezident seçkiləri üçün namizədliyini qeydiyyatdan keçirib.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya MSK-nın müvafiq qərarında deyilir.
V.Putinin namizədliyi hakim "Vahid Rusiya" partiyası tərəfindən irəli sürülmüşdü.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il martın 18-də keçiriləcək.