Türkiyə Baş Qərargahından "Zeytun budağı" barədə SON MƏLUMAT

10:49 - 5 Fevral 2018 - DÜNYA

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağ" əməliyyatı zamanı indiyədək 947 terrorçu məhv edilib.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.
 

Məlumata əsasən, bu gün aviazərbələr nəticəsində Afrində terrorçuların təxminən 10 dayaq məntəqəsi darmadağın edilib.
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər xətti