Şimali Koreya parlamentinin sədri Kim Yon Nam Cənubi Koreyaya səfər edib.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, o, qış olimpiya oyunlarının açılış mərasiminə qatılacaq.
Parlament sədrini səfərdə 22 nəfərlik nümayəndə heyəti müşaiyət edir.
Qeyd edək ki, ötən həftə Şimali Koreyadan 8 nəfərlik nümayəndə heyəti bu səfərə hazırlıq məqsədi ilə Cənubi Koreyaya səfər etmişdi.