İran prezidenti Həsən Ruhani ABŞ-ın yeni nüvə doktrinasını şərh edib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Ruhani nüvə silahının yayılması məsələsində Vaşinqtonun mövqeyi ilə yeni doktrinanın ziddiyət təşkil etdiyini bildirib.
İran lideri deyib: "Kütləvi qırğın silahının istifadə edilməsinin bəşəriyyətə qarşı cinayət olmasına inanan amerikalılar dünyada bütün nüvə silahlarının məhv edilməsini tələb edirlər. Amma paradoksdur ki, amerikalılar silah yarışını sürətləndirirlər və nüvə arsenallarını modernləşdirirlər".
Ruhani bildirib ki, Vaşinqton nüvə silahı ilə Moskvanı hədələyir: "Belə şərtlərdə hansı ölkə sülh və dostluqdan danışa bilər?"
Qeyd edək ki, İranın XİN rəhbəri də ABŞ-ın yeni nüvə doktrinasının bəşəriyyəti məhvə sürüklədiyini bildirib.