Saakaşvili Ukrayna alternativ hökumətini elan edəcək

19:20 - 5 Fevral 2018 - DÜNYA

Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixail Saakaşvili fevralın 18-dək Kiyevdə keçiriləcək növbəti aksiyada Ukrayna alternativ hökumətini və prezidentliyə 10 potensial namizədi elan edəcək.

"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi məlumata görə, M. Saakaşvili bunu bu gün Kiyevdə keçirilən mitinqdə bəyan edib.
 

M. Saakaşvili deyib ki, indiki hakimiyyətdən fərqli olaraq Ukraynada ölkəni idarə etməyə layiqli insanlar çoxdur. 

Xəbər xətti