Türkiyənin Suriyanın Afrin bölgəsində 20 yanvarda başladığı “Zeytun budağ” əməliyyatından sonra terrorçular yaşayış məntəqələrinə raket zərbələri endirməyə başlayıblar.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, raketlərdən 60-ı Hataya, 34-ü Kilisə atılıb.
Bu barədə Türkiyə Baş naziri Binəli Yıldırım məlumat verib. Onun sözlərinə görə, zərbələr nəticəsində 7 vətəndaş ölüb, 113 nəfər yaralanıb.
Qeyd edək ki, 15 gün ərzində Afrində 935 terrorçu zərərsizləşdirilib.