Ucnoqta.az
www.ucnoqta.az

Hatay və Kilisə 94 raket atılıb - <font color=red><b>7 ölü, 113 yaralı</b></font>

09:51 - 5 Fevral 2018 tarixində dərc olunub.

Türkiyənin Suriyanın Afrin bölgəsində 20 yanvarda başladığı “Zeytun budağ” əməliyyatından sonra terrorçular yaşayış məntəqələrinə raket zərbələri endirməyə başlayıblar.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, raketlərdən 60-ı Hataya, 34-ü Kilisə atılıb.
 

Bu barədə Türkiyə Baş naziri Binəli Yıldırım məlumat verib. Onun sözlərinə görə, zərbələr nəticəsində 7 vətəndaş ölüb, 113 nəfər yaralanıb.
 

Qeyd edək ki, 15 gün ərzində Afrində 935 terrorçu zərərsizləşdirilib.

Müəllif: