Xəbər verdiyimiz kimi, bu gün xalq artisti Nazpəri Dostəliyeva “Hər şey daxil” verilişinin qonağı olub. Proqramda xalq artistinə qarşı böyük bir jest edilib. Belə ki, verilişin aparıcılarından biri olan Tarix Əliyev canlı yayımda Dostəliyevanın başına tac qoyub.
O, müzakirələrə səbəb olacaq bir açıqlama da verib:
“İlhamə Quliyevadan sonra tac üstündə heç kəs davaya tab gətirə bilmədi. Düşünürəm ki, bu tacı başında daşımaq üçün sənəti ağırlığında ürəyi olmalıdır. İlhamə xanımdan sonra heç kəs demədi ki, tacın sahibi mənəm. Mən bu tacı sizing başınıza qoyuram”.
Müğənni isə efirdə kövrəldiyini bildirib: “Dəymirəm, toxunmuram. Sən sevgiylə başıma tac qoydun. Bir az kövrəldim, Allaha şükür edirəm ki, mənə bu sənəti, gözəl xalqımın sevgisini verib. Bu sevgi məni sınmağa qoymur”.
//Qafqazinfo//