Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı PKK terrorçularını bombalayıb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyat PKK terrorçularının iki türk əsgərinin şəhid etməsinə cavab olub.
Məlumata əsasən, PUA-ların aşkar etdiyi terrorçuları zərərsizləşdirmək üçün qırıcılar havaya qalxıb. Əməliyyat nəticəsində 3 PKK-lı terrorçu və silah anbarları məhv edilib.
Bölgədə terror qruplaşmalarına qarşı əməliyyatlar davam edir.