Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə İraqın şimalını bombaladı - <font color=red><b>Terrorçular zərərsizləşdirildi</b></font>

09:47 - 2 Fevral 2018 tarixində dərc olunub.

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı PKK terrorçularını bombalayıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, əməliyyat PKK terrorçularının iki türk əsgərinin şəhid etməsinə cavab olub.
 

Məlumata əsasən, PUA-ların aşkar etdiyi terrorçuları zərərsizləşdirmək üçün qırıcılar havaya qalxıb. Əməliyyat nəticəsində 3 PKK-lı terrorçu və silah anbarları məhv edilib.
 

Bölgədə terror qruplaşmalarına qarşı əməliyyatlar davam edir.

Müəllif: