Rusiyanın Nijni Novqorod şəhərində İŞİD terror qruplaşmasının üzvü zərərsizləşdirilib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. İŞİD-çi Rusiyada prezident seçkiləri günü terror aktı planlaşdırıb.
Əməliyyat zamanı terrorçu silahlı müqavimət göstərib və FTX-nin xüsusi bölmələri tərəfindən zərərsizləşdirilib. Cinayətkara aid əldəqayırma partlayıcı qurğu, daha bir neçə partalyıcı qurğu hazırlamaq üçün hissələr, odlu silah aşkarlanıb.
Terrorçu əcnəbi ölkə vətəndaşı olub.