Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada İŞİD-çi zərərsizləşdirilib -<font color=red><b> Hədəfi prezident seçkiləriydi</b></font>

22:39 - 1 Fevral 2018 tarixində dərc olunub.

Rusiyanın Nijni Novqorod şəhərində İŞİD terror qruplaşmasının üzvü zərərsizləşdirilib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. İŞİD-çi Rusiyada prezident seçkiləri günü terror aktı planlaşdırıb. 
 

Əməliyyat zamanı terrorçu silahlı müqavimət göstərib və FTX-nin xüsusi bölmələri tərəfindən zərərsizləşdirilib. Cinayətkara aid əldəqayırma partlayıcı qurğu, daha bir neçə partalyıcı qurğu hazırlamaq üçün hissələr, odlu silah aşkarlanıb. 
 

Terrorçu əcnəbi ölkə vətəndaşı olub. 

Müəllif: