Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Latın Amerikası ölkələrinə planlaşdırılan səfərini qeyri-müəyyən müddətədək təxirə salıb.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, dövlət başçısı fevralın 5-də Vatikan və İtaliyaya səfər edəcək.
R.T.Ərdoğan bu ölkələrdən sonra Braziliya, Uruqvay və Venesuelaya getməyi planlaşdırırdı. Onun Latın Amerikası ölkələrinə ziyarəti qeyri-müəyyən müddətədək təxirə salınıb.