Ucnoqta.az
www.ucnoqta.az

Ərdoğan Latın Amerikası ölkələrinə səfərini təxirə salıb

22:54 - 30 Yanvar 2018 tarixində dərc olunub.

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Latın Amerikası ölkələrinə planlaşdırılan səfərini qeyri-müəyyən müddətədək təxirə salıb.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, dövlət başçısı fevralın 5-də Vatikan və İtaliyaya səfər edəcək.

R.T.Ərdoğan bu ölkələrdən sonra Braziliya, Uruqvay və Venesuelaya getməyi planlaşdırırdı. Onun Latın Amerikası ölkələrinə ziyarəti qeyri-müəyyən müddətədək təxirə salınıb.  

Müəllif: